Bakının “20 yanvar dairəsi”ndə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqbackend

Dekabrın 30-dan 31-nə keçən gecədən etibarən yanvarın 4-ü axşam saatlarına qədər Bakının “20 Yanvar dairəsi”ndən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb paytaxtın Nəsimi rayonunun Alı Mustafayev küçəsində – “3-cü mikrorayon dairəsi”ndəki yol ötürücüsündə aparılacaq təmir işləridir.