Bakının bu küçələrində tıxac var – SİYAHIbackend

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paxtaxt yollarında son vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, hazırda aşağıdakı küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

1. Zərifə Əliyeva küçəsində, Azadlıq prospekti ilə kəsişmədən, Rəsul Rza küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində;

2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində;

3. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində, eyni zamanda A. Puşkin küçəsi ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. 28 May küçəsinin, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində;

6. Rəşid Behbudov küçəsinin, Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;

7. Dilarə Əliyeva küçəsində, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən, Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqamətində;

8. Abbasqulu ağa Bakıxanov küçəsində, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində;

9. Alı Mustafayev küçəsində – əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində;

10. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – Əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

11. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla, Xaqani küçəsi ilə kəsişmədən, Neftçilər prospekti istiqamətində;

12. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində;

13. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində;

14. Koroğlu Rəhimov küçəsində, Gülarə Qədirbəyova küçəsi istiqamətində;

15. Yusif Səfərov küçəsində, Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində;

16. Moskva prospektində, köməkçi yolda, 20 Yanvar dairəsi istiqamətində.