Bakının Çernobılı xatırladan unudulmuş qəsəbəsi – VİDEObackend

Zığ Bakıya ən yaxın qəsəbə olsa da, çox vaxt buranı ən unudulmuş qəsəbə adlandırırlar.

Bloqer Anar Əliyev bu qəsəbənin problemlərini göstərən videoçarx hazırlayıb.

O, bildirib ki, burada problem çoxdur – hər zaman danışdığımız yolların və səkilərin vəziyyəti, piyada təhlükəsizliyi, eyni zamanda ümumi mühit də heç ürəkaçan deyil.

Videoda bloqer-urbanist Zığda yaşayan İlkin Babayevlə bu qəsəbəni gəzib.

Bloqer bildirib ki, bura radioaktiv fəlakətdən keçmiş və tərk edilmiş Çernobılı da xatırladır.