Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı rəsm müsabiqəsi keçiriləcəkbackend

Nuru Paşa (Mustafa Nuri Killigil)  komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək.

“Yeni Gündəm” Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki,  müsabiqə mövzusu “Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz?” adında olacaq.

İştirak şərtləri və müraciət qaydası

• Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür; Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və tələbələrin iştirakı arzu edilir.

• İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından istifadə edə bilərlər.

• Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.

• Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm (şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır.

• Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır.

• Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon, ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən qarşılanacaq.

•  Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq.

• Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş edilməyəcək.

• Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan üzvlərdən təyin ediləcək.

• Müraciətin başlama tarixi 9 iyul 2022-ci il şənbə günü, bitmə tarixi isə 2 sentyabr 2022-ci il cümə günüdür. Müsabiqənin yekun nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında nümayiş etdiriləcək.

Ünvan və əlaqə vasitələri

Ünvan: Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Səməd Vurğun küçəsi 134, Bakı

Tel: +994 444 73 20, e-poçt: [email protected]

Twitter: https://twitter.com/TCBakuBE

Facebook: https://www.facebook.com/TCBAKUBE/