Bakının mərkəzində yol çökdübackend

Paytaxtın Həsən Əliyev küçəsinin bir hissəsində yol çöküb.

Məlumata görə, hadisəyə səbəb son zamanlar yağıntıların çox olmasıdır. O da bildirilir ki, yolun belə vəziyyətdə olması axşamlar həmin ərazidə tıxac yaranmasına səbəb olur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirdi ki, problem aidiyyatı üzrə şöbəyə yönləndirilib:

“Əməkdaşlarımız əraziyə baxış keçirib. Problemin kökünü araşdırıb aradan qaldıracaqlar”.