Bakıya axın başladı – VİDEObackend

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı, Sumqayıt, Abşeron rayonlarına gediş-gəlişlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Dövlət Televiziyasında Ələt postundan reportaj yayımlanıb.

Bildirilir ki, artıq Bakı-Ələt-Qazax yolunun 65-ci kilometrliyində səhər saatlarından etibarən avtomobillərin intensivliyi müşahidə olunur. Rayonlardan Bakıya giriş istiqamətində avtomobillərin sayı artıb. Bakıdan rayonlara gedən yolda isə avtomobillərin azlığı müşahidə edilir.

Karantin postunda polis əməkdaşlarının fəaliyyəti dayandırılsa da, postun avadanlığı hələ ki, sökülməyib.