Bakıya gözləyirdik, rayonlara yağdı… – Qardan fotolarbackend

 

Bu il qış bir qədər mülayim keçsə də, yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib.

“Yeni Gündem” xəbər verir ki, paytaxt ərazisində çoxdan gözlənilən qar dünən gecə saatlarında yağsa da, sulu və qısa müddətli olduğundan səhər qar örtüyü müşahidə olunmayıb.

Ancaq buna baxmayaraq regionlarda qar örtüyünün yarım metrə yüksəldiyi ərazilər var. Belə ki, son nəticələrə əsasən qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 sm olub.

“Qafqazinfo” ağ örtüyə bürünmüş bir neçə regionumuzda çəkilmiş maraqlı fotoları təqdim edir:

Lerik 

Zaqatala  

Şamaxı, Məlhəm kəndi

Qusar 

Quba, Qəçrəş kəndi

 

Qax, İlisu