“Bakubus”da çalışmaq istəyənlərin nəzərinəbackend

Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC sürücülərin işə qəbulunu elan edib.

“D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinə malik, yaşı 23-dən az və 65-dən çox olmayan, həmçinin, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər “BakuBus”a müraciət edə bilərlər.

Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

“BakuBus”da sürücü kimi çalışmağın aşağıdakı üstünlükləri var.

– Əmək müqaviləsi əsasında işə qəbul

– 2 növbəli, 8 saatlıq iş rejimi

– Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat

– Gələcək pensiya təminatı

– Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)

– İl ərzində əmək məzuniyyətindən istifadə olunması

– Sanatoriya və istirahət evlərinə yollayışların verilməsi

– Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat

– Xüsusi geyim forması ilə təminat

Sürücülər qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.