“BakuBus” ilə yük maşını toqquşub, xəsarət alanlar varbackend

Gecə saat 23:00 radələrində Suraxanı rayonu ərazisində, Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gundem” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, “Ford” markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində 175 saylı xətt marşrutu üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.