Balakəndə vurulan piyada xəstəxanada öldübackend

Ötən gecə Balakəndə avtomobilin vurduğu piyada ölüb.

“Yeni Gündem”in məlumatına görə, yanvarın 16-da yolu keçərkən minik avtomobili tərəfindən vurulan 63 yaşlı Talalar kənd sakini Hacıyev Abdurəhman Əfəndi oğlu aldığı ağır bədən xəsarətlərilə Balakən Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.