Bank direktorunun avtomobili partladıldıbackend

Yerevanda “Armekonombank”ın icraçı direktorunun avtomobili partladılıb.

“Yeni Gündəm” erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə dekabrın 9-da səhər saatlarında baş verib.

Hadisə zamanı direktor avtomobildə olsa da, xəsarət almayıb.

Qeyd olunur ki, partlayış direktor avtomobili işə saldıqdan və bir neçə metr irəlilədikdən sonra olub.

Polis hadisə ilə bağlı araşdırmalar aparır.