Bank kreditləri faizinin aşağı salınması mexanizmi hazırlanırbackend

“Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

“Xalq Həyat Sığorta”nın səhmdarları toplaşacaq

İcmal büdcədə profisit yaranıb

Hesablama Palatası QHT Agentliyində audit aparıb, hesabat hazırlanır

Sevinc Həsənova bildirib ki, bu, inflyasiya ilə əlaqədar xüsusi proqramdır: “Nazirlər Kabineti tərəfindən fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalanıb. Burada bəzi məsələlər artıq öz həllini tapır. Kredit faizləri ilə bağlı məsələlər bu qəbildəndir. Bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir. Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək. Bununla əlaqədar yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və təkliflər artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək”.

Nazir müavini qeyd edib ki, ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır.