Banklarda növbələr yarandıbackend

Qazaxıstanda küçə iğtişaşları zamanı internetin kəsilməsi səbəbindən nağdsız ödənişlər dayandırılıb, sakinlər kütləvi şəkildə bankomatlardan pulun çıxarılmasına başlayıb.

Bu barədə “Sputnik Qazaxıstan” “Telegram” kanalında yazıb.

Qeyd olunur ki, paytaxt sakinləri nağdsız üsulla ödəniş edə bilmirlər, ona görə də bankomatlardan kütləvi şəkildə pul çıxarırlar. Nəqliyyat əlaqəsi – yer və hava nəqliyyatı pozulub, reyslər ləğv edilir. Etirazçılar inzibati obyektləri və hava limanlarını ələ keçirib.

“Paytaxt sakinləri sosial şəbəkələrdə şikayət edirlər ki, bankomatlardan pul çıxara bilmirlər”, – başqa bir yerli nəşr yazır. Ərzaq tədarükündə ilk fasilələr yaranıb.

Bundan başqa, banklar əmanətlərin verilməsini dayandırıb. Ölkə üzrə internetin kəsilməsi səbəbindən müştərilərin banklardakı şəxsi hesablarına çıxışı yoxdur. Qazaxıstan banklarındakı bütün əmanətlər dövlət tərəfindən 15 mln. tengeyə qədər (təxminən 34,4 min ABŞ dolları) sığortalanır. Əgər əmanətlərin qaytarılması dərhal başlasa, o zaman maliyyə böhranı yaşana bilər. Belə ki, pul ehtiyatı bütün banklarda mövcud deyil.