Bankları çətin günlər gözləyirbackend

Avrozonanın kommersiya bankları çətin günlərlə üzləşəcək.

“Yeni Gündəm”-in Avropa Mərkəzi Bankı ənənəvi maliyyə sabitliyi icmalına istinadən verdiyi məlumata görə, bu vəziyyət ən azı 2021-ci ili əhatə edəcək.

İcmala əsasən, bank sektorunun mənfəətinin 2019-cu ilin səviyyəsinədək bərpası 2022-ci ildən tez olmayacağı proqnozlaşdırılır.

Öz növbəsində, sözügedən vəziyyət bu müddətdə borcvermə potensialını azaltmaqla bütün Avropa iqtisadiyyatının vəziyyətinə mənfi təsir göstərəcək.APA