Banqladeşdə məsciddə partlayış – Ölü və yaralılar varbackend

Banqladeşdə məscidlərin birində baş vermiş partlayış nəticəsində 11 nəfər həlak olub.

“Yeni Gündəm”-in məlumatına görə, azı 50 nəfər yaralanıb. Qeyd olunur ki, partlayış cümə namazı zamanı baş verib.

Yaralılar xəstəxanalara çatdırılıb.

Partlayışa qaz borusunda sızma səbəb olub. Sızma nəticəsində məsciddə altı kondisioner partlayıb. //Trend