Baronessa Emma Nikolson Prezident İlham Əliyevə təbrik məktubu ünvanladıbackend

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gündəm” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əlamətdar hadisə – 60 illik yubileyiniz münasibətilə Sizə, Birinci vitse-prezidentə və bütün ailənizə ən xoş arzularımı bildirirəm. Sizə davamlı uğurlar və xoşbəxtlik diləyirəm. Azərbaycan Sizin rəhbərliyinizlə inkişaf etməkdə davam edir.

Bilirəm ki, başa çatmaqda olan il Sizin üçün xüsusilə fərqli il oldu, ölkəniz geri qaytardığı ərazilərdə yenidənqurma işlərinə başladı. Britaniya ekspertlərinin və şirkətlərinin həmin ərazilərin minalardan təmizlənməsi və bərpa işlərinə kömək etmələrindən məmnunam.

Gələn ilin mart ayında Bakıya edəcəyim növbəti səfəri çox böyük səbirsizliklə gözləyirəm. 2020-ci ilin fevralında ölkənizə etdiyim son səfərdən kifayət qədər çox vaxt keçib. Ümid edirəm ki, hökumətiniz Britaniya səfiri və səfirliyin komandası ilə yaxından işləyir. Mən də sizin Londondakı səfirliyinizlə yaxın əlaqə saxlayıram. Sizinlə iqtisadi şaxələndirmə və enerji resurslarının nəqlinə dair şəxsi dialoqumuzu bərpa etməyə ümidvaram.

Yeni ildə yeni arzularla”.