“Barselona” yeni mövsüm üçün forması – FOTObackend

İspaniyanın “Barselona” klubu yeni formasını təqdim edib. 

“Yeni Gündəm”-in məlumatına görə, Kataloniya təmsilçisinin rəsmi saytı xəbər verir ki, komandanın üçüncü forması çəhrayı rəngdə olacaq.

Yeni mövsüm üçün formanın təqdimatında klubdan ayrılacağı gözlənilən Leonel Messi də yer alıb.

Qeyd edək ki, formalar “Nike” şirkətinin istehsalıdır.