Baş nazir Milli Məclisə videohesabat verəcəkbackend
Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti barədə sənəd videohesabat şəklində dinləniləcək.
“Yeni Gündəm”in məlumatına görə, videohesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.
Qeyd edək ki, videohesabatdan sonra deputatlar rəy və təkliflərini səsləndirəcəklər.