Baş nazirin oğlu atasının pis şəraitdə yaşadığını videoya çəkdibackend

Bu gün İsrailin baş naziri Binyamin Netanyahunun oğlu Yair Tvitter səhifəsində atasının yataq və vanna otağından hazırladığı videonu yerləşdirib.

“Yeni Gündəm” xəbər verir ki, Yair video yaymağının səbəbini belə izah edib.

“Xəstə solçular elə hesab edir ki, atam Versaldakı padşah kimi yaşayır. Buna görə görüntüləri telefonuma çəkdim” deyib.

Videoda vanna otağının suvağının dağıldığı və boyaların köhnə olduğu görünür. Tipik olaraq, İsraildə əksər vanna otağının divarları qışdan sonra bu görünüşə malik olur.

İsraildə evlərin belə olması normal bir haldır, çünki burada evlər hidro izolyasiyasız tikilir.

Qeyd edək ki, 2015-ci ildə telejurnalist Moşik Qalamin Netanyahu ailəsinin razılığı ilə iqamətgahın birinci mərtəbəsini kamera ilə gəzib və yaşayış şəraitinin uyğun olmadığını deyib. “Döşəmərləri, sınıq tutacaqları və qapıları yeniləmək lazımdır, onda daha yaxşı olacaq”, – deyə Qalamin bildirib.