Baş Prokuror Horadizdə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdibackend

Sentyabrın 27-də – Anım günündə Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli rayonunun Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bu barədə “Yeni Gündəm”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, sentyabrın 26-ı və 27-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olmaqla hərbi prokurorluqların açılış mərasimində iştirak edi