Baş prokurordan daha bir açıqlamabackend

“Ermənilərin dinc əhaliyə qarşı təxribat törətməkdə məqsədləri mülki əhali arasında qorxu və panika yaratmaqdır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, erməni silahlı birləşmələri dinc azərbaycanlı əhalinin öz torpaqlarını qoyub getməsini istəyirlər: “Onlar hər zaman olduğu kimi, təcavüzkar siyasətlərini davam etdirirlər”.