Baş Prokurordan Gəncə ilə bağlı AÇIQLAMAbackend

“Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı cinayət işi başlanıb”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ölkə qanunvericiliyi, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq bu dəhşətli cinayəti törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların beynəlxalq tribunal qarşısında cavab verməsi üçün bütün imkanlardan istifadə olunacaq.