Baş Prokurorluğun daha bir sosial şəbəkə hesabı təsdiqlənibbackend

Baş Prokurorluğun daha bir sosial şəbəkə hesabı rəsmi olaraq təsdiqlənib.

Bu barədə “Yeni Gündəm”-ə qurumun Mətbuat xidmətindən məlumat verilib.

“Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram sosial şəbəkələrindən istifadə olunur.

Fevralın 11-də isə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Telegram” kanalı – (link: https://t.me/prokurorluq) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

Xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunun “Facebook” səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/), cari il yanvarın 21-də isə “İnstagram” səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

“Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifənin saxta səhifələrdən ayırd edilməsidir.

Məsələ ilə bağlı Baş Prokurorluğunun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan “Telegram” kanalının rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənməsinə “SaMedia agentliyi” tərəfindən köməklik edildiyi bildirildi”, – deyə Mətbuat xidmətindən bildirilib.