Martın 30-31-də Strasburqda Avropa Şurasının Nifrət cinayətləri üzrə ekspert komitəsinin 3-cü iclası keçirilib.
“Yeni Gundem” xəbər verir ki, tədbirdə ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov prokurorluq orqanlarında aparılan islahatlar çərçivəsində nifrət zəminində baş verən cinayətlərə, həmçinin məişət zorakılığı, qadınlara, azyaşlılara və cinsi azlıqlara qarşı şiddət və zorakılıqla mübarizə sahəsində görülən qanunvericilik və praktiki tədbirlər haqda danışıb.
Müzakirələr nəticəsində Komitə tərəfindən Şuranın Nazirlər Komitəsinə nifrət cinayətlərinə qarşı mübarizəyə dair tövsiyə və təlimat layihəsi hazırlanıb.