Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxs barədə məlumat yayıbbackend

Bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Gundem”-ə bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmamış, ona müharibə ilə əlaqədar əlillik təyin edilməmişdir.

İlkin araşdırma zamanı Rəvan Fətəliyevin pensiya ödənişi ilə bağlı özünü yandırması, əl və üz nahiyəsində I dərəcəli yanıq izlərinin olması və hazırda vəziyyətinin stabil, qənaətbəxş olması müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

“Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən bu kimi həssas mövzularla bağlı məlumatların yalnız dəqiqləşdirildikdən sonra yayılması xahiş olunur”, – məlumatda qeyd edilib.