Baş Prokurorluq Elçin Sadıqovla bağlı məlumat yaydıbackend

Bəzi media və sosial şəbəkə səhifələrində təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluqdan məlumat verilib.

Bununla bağlı bildiririk ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər -Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.