Baş Prokurorluq əməliyyat keçirdi: Vəzifəli şəxs saxlanıldıbackend

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.

“Yeni Gündəm”-in məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Hazırda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.