Baş Prokurorluq “Fake news” barədə maarifləndirici məlumat yaydıbackend

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Gündəm” -ə verilən məlumata görə, tədbirlərin davamı kimi, mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran müxtəlif məsələlərlə bağlı maarifləndirici foto və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Hazırda təqdim olunan izahedici fotoda “Fake news”, yəni, saxta (yalan) xəbərin anlayışı və komponentləri barədə vətəndaşlarımıza izah verilib.