Baş Prokurorluq məlumat yaydıbackend

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb.