Baş Prokurorluqda geniş kollegiya iclası keçirilibbackend

Yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, iclasda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti , rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edib.