Baş Prokurorluqda toyların keçirilməsi ilə bağlı müzakirəbackend

2021-ci ilin I yarımilində koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar prokurorluq orqanları tərəfindən yerli polis, digər hüquq mühafizə, icra orqanları və tibb müəssisələri ilə əlaqəli surətdə həyata tədbirlər keçirilib.

“Yeni Gündəm”-in xəbərinə görə, Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində hesabat dövründə əhalinin peyvəndlənməsinin aparılması, eləcə də toy-nişan şənliklərinin keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunması, əhalinin sanitariya-epidemioloji salamatlığının qorunmasının hüquqi vasitələrlə təmini sahələrində prokuror nəzarəti tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.