Baş Prokurorluqdan “Azəriqaz” əməkdaşlarının döyülməsi haqda AÇIQLAMAbackend

Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Gündəm”-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb:

“Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri- İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.

Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Nəticəsi barədə ictimaiyyətə ətraflı m

əlumatın verilməsi təmin ediləcək”.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, qurumun 4 əməkdaşı fiziki hücuma məruz qalıb.