Baş Qərargah rəisinin müharibə dövründə etdiyi çıxışın səs yazısı yayılıbbackend

Ermənistan Təhlükəsizlik Şurası baş nazir Nikol Paşinyanın istefaya göndərdiyi Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanın İkinic Qarabağ müharibəsinin 4-cü günü keçirilən iclasda etdiyi çıxışın audio-yazısının bir hissəsini yayıb.

“Yeni Gündəm” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, generalın Təhlükəsizlik Şurasının toplantısında etdiyi məruzəsinin mətninin bir qismi ötən həftə yayılmışdı, indi isə onun səs yazısı ictimaiyyətə təqdim olunub

Baş Qərargah rəisi həmin iclasda bildirib ki, cəbhə xəttində əməliyyat şəraiti dəyişməyib və rəqibin (Azərbaycan hərbçilərinin nəzərdə tutur-red.) hərəkəti müşahidə olunmayıb. Bunun ardınca O.Qasparyan deyib: “Bütün hallarda bizim qoşunlar qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. Bu səhər Cəbrayıl istiqamətində böyük olmayan əks-hücum həyata keçirmişik və uğur qazanmışıq”.

O, məruzəsinin sonunda qeyd edib: “…Bütövlükdə vəziyyət belədir. Biz qarşıya qoyulan tapşırıqları yerinə yetirik və sonunadək onu icra edəcəyik”.

Qeyd edək ki, O.Qasparyan atəşkəsdən sonra bildirib ki, müharibənin 4-cü günü, sentyabrın 30-da Təhlükəsizlik Şurasının iclasında Ermənistanın resusrlarının tezliklə tükənəcəyini və hərbi əməliyyatları dayandırmağın vacibliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Ancaq N.Paşinyan sabiq Baş Qərargah rəisinin müharibənin 4-cü günü belə bir məruzə etmədiyini söyləyib. Bundan sonra O.Qaspayan hökumət başçısını yalan danışmaqda ittiham edib. General-polkovnik “Joxovurd” qəzetinə müsahibəsində N.Paşinyandan başqa heç nə gözləmədiyini bildirərək onu “mənəviyyatsız yalançı” adlandırıb.

Baş nazir də dərhal keçmiş Baş Qərargah rəisinə cavab verib və deyib ki, həmin çıxışın stenoqrammını qanunun icazə verdiyi qədər açıqlayacaqlar. Təhlükəsizlik Şurası aprelin 15-də O.Qaspayanın qurumun sentyabrın 30-da keçirilən toplantısında etdiyi məruzənin stenoqrammının bir hissəsini yayıb.Report