Baş redaktor prezidentə müraciət eti – SƏBƏBbackend

Cənab Prezident! Nəzərinizə çatdırım ki, mən Qarbağ döyüşçüsüyəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişəm.

Hal-hazırda da əgər ehtiyac olarsa mən torpaqlarımızın müdafiəsinə qalxmağa hazıram. Mən uzun müddətdir mətbuat sahəsində jurnalist olaraq çalışıram.

2011-ci il 7 oktyabrda Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsində 9 və 11 yaşlı övladlarım faciəvi şəkildə dünyalarını dəyişmişlər.
Hörmətli prezident! Əvvəlcədən qeyd edim ki, mən ölkə başçısı kimi sizin yürütdüyünüz daxili və xarici siyasəti həmişə dəstəkləmişəm, ölkəmizin iqtisadi və siyasi cəhətdən çiçəklənməsinə sevinmişəm.
Jurnalistika fəaliyyətmidə daima dövlətçiliyə xidmət etmişəm, obyektliyi əsas götürmüşəm. Bakıda və bölgələrdə Azərbaycanın inkişafı naminə gördüyünüz böyük işlərlərlə bağlı müntəzəm olaraq rəhbəri olduğum Bölgə TV internet televiziyasında və Bolgexeber.com saytında reportjlar hazırlamışam.
Sizin sayənizdə mətbuatımız bütünlüklə dövlət qayğısı ilə əhatə olunub. Hər bir mətbuat nümayəndəsi dövlətimizin dəstəyini öz həyatında daim görməkdədir. Mətbuata qayğı‚ diqqət və ehtiram dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunub və bütün dövlət orqanları tərəfindən media nümayəndələrinə və mətbuat işçilərinə daim hörmət və dəstək verilməkdədir.Mətbuat nümayəndələrinə mərhələli şəkildə ev verilməsi və xüsusən jurnalistlər üçün xüsusi evlərin tikilməsi də məhz sizin mətbuata yüksək qayğınızın nəticəsidir.
Cənab prezident qeyd edim ki,mən evlə təmin olunmağımla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm,amma müraciətimə müsbət reaksiya verilməyib.
Hörmətli prezident ,sizdən xahiş edirəm mənzil şəraitimin yaxşılaşması üçün, mənim evlə təmin olunmağıma yardımçı olasınız.
Vasif Turan