Baş redaktordan Komitə sədrinə müraciət…backend

Bu gün ölkədə və dünyada baş verən məlumatları anında ölkə ictimaiyyətinin diqqətinə çatdırmağı özünə şərəfli peşə hesab edən və qeyri-şərtsiz bu peşəni icra edən “DogruXeber.az” informasiya agentliyinin təsisçi və baş redaktoru Kamal Əsgərov olaraq Dövlət Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Komitə sədri cənab Rövşən Rzayevə müraciət edirəm.

Çox hörmətli Rövşən Rzayev..!!

Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki,bir zamanlar sizin hazırda rəhbərlik etdiyiniz Komitəyə rəhbərlik edən sabiq Komitə sədri Əli Həsənov o məqamı özü üçün əbədi səltənət hesab edirdi. Amma o və onun kimi bir çox “şişmiş” məmurlara bir daha sübut olundu ki,məqam və mövqe müvəqqətidir. Odur ki,verilən mövqe və məqamdan layiqincə istifadə etmək lazımdır. Əlbəttə ki,bu məsələlər barəsində sizinlə əyani görüşümüz zamanı kiçik mübadilə də etmişdik. O vaxt,hətta Ə.Həsənovun qəbuluna düşməyin müşkül olması barədə açıq fikirlərimi bildirmişdim. Nəhayət ki,sizin kimi humanist,alicənab və səmimi bir sədrin olmasına inanaraq,sizə böyük ümidlər bəsləmişdim. Təbii ki,ilk dəfə növbəli görüşümüz vaxtı qardaşımın mənzillə bağlı problemini diqqətinizə çatdırmışdım,siz isə mənə söz verərək bildirmişdiniz ki,Qobu 3 yaşayış kompleksinin açlılışından sonra sizin yanınıza gəlim və məsələni sizin xatirinizə salım. Bəli dediyiniz kimi də oldu,mən artıq sözügedən açılışdan sonra iki dəfə növbədən kənar qəbulunuzda olmuşam və məsələni olduğu kimi sizə xatırlatmışam. Amma çox təəssüflər olsun ki,məsələ hələ də öz həllini tapmayıb və hələ də qardaşım və yaxınlarım o ağır şəraitdə yaşamağa məhkumdurlar. Cənab sədr,nəzərinizə çatdırım ki,bu günə qədər müxtəlif yollarla sizin qəbulunuza düşüb fikirlərimi əyani olaraq diqqətinizə çatdıra bilirdim. Amma bu gün bir daha mənə sübut olundu ki,artıq sizinlə əyani görüşmək bizə çox məhdud olunub. Ümidvaram ki,mətbuat katibi və köməkçiniz Vüqar müəllimdən maraqlasanız onlar səbəblərini izah edəcəklər. Nəhayət bir daha bildirmək istəyirəm ki,mənim sizə əyani olaraq bildirilməli olduğum çox önəmli fikirlərim vardır. Odur ki,sizdən ilk olaraq xahişim budur ki,məni qəbul edəcəyiniz vaxtı mətbuat katibinə bildirəsiniz və o da mənimlə telefon əlaqəsi saxlasın.