“Baş verənlər bir daha onu göstərir ki,Ermənistan sülhün əldə olunmasında maraqlı deyil” – Bayramovbackend

Ermənistan tərəfinin davam edən hərbi təxribatları, o cümlədən 5 mart hadisəsi bir daha onu göstərir ki, bu ölkə regionda davamlı sülhün əldə olunmasında və Azərbaycanla qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasında maraqlı deyil.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirli Eyorkor Boçvey ilə görüşündə deyib.

Görüşdə, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Fərahim Rəhimov