Baş verənlər Rusiyanın patronajlığı ilə həyata keçirilir – Əziz Əlibəylibackend

Avropada əldə edilmiş razılaşmaların həyata keçirilməsində Rusiyanın öz proqramı var.

Bu sözləri siyasi şərhçi Əziz ƏlibəyliYeni Gündəm”ə açıqlamasında bildirib.

Əziz Əlibəylinin fikrincə Rusiya öz şərtlərini həmişə alternativ olaraq diqtə edir.

“Rusiya öz şərtlərini həmişə diqtə edir. Azərbaycan tərəfindən düşünmürük ki, onlar prosesin həllinə imkan vermir. Baş verənlər Rusiyanın patronajlığı ilə həyata keçirilir. Hər görüşdən sonra Rusiya ilə əlaqələrin qurulması bunu deməyə əsas verir. Azərbaycanın yaxşı niyyəti, hərbiçilərin buraxılmasından sonra Ermənistan yenidən “Dağlıq Qarabağ “ifadəsini ədəbiyyata gətirməyə çalışdı. Rusiya yenə öz planı, kartası ilə proseslərə baxmaqda davam edir”

Qeyd etmək yerinə düşər ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev sülh sazişini müzakirə etmək üçün Bakıya gəlib.

Fərahim RƏHİMOV

Yenigundem.az