Ağdam rayonunun Qaravənd kənd sakini Samir Bağırov deyir ki, 2005-ci ildən Vtse prezident Mehriban Əliyevanın göstərişi ilə “Bənövşələr” qəsəbəsində onların ailəsini evlə təmin ediblər.
“Yeni Gundem”-in məlumatına görə, şikayətçi deyir ki, ailə qurduqdan sonra 2017-ci ildən Gəncə şəhərində salınmış Xocəvənd qəsəbəsində məskunlaşıb.
Vətəndaşın iddiasına görə, ata-baba yurdlarında evlə təmin edilmədən qanunsuz olaraq onlara dövlət tərəfindən ayrılan çörəkpulu kəsilib. O bununla bağlı Ağdam rayonunun icra başçısı Vaqif Həsənova müraciət etsə də, Həsənov onu təhqir edərək otağından qovub və şikayətinə baxmayıb.
O adiyyatı qurumlara müraciət edərək onun qanunsuz olaraq kəsilən çörəkpulusunun bərpa edilməsini xahiş edir…