Bayden ABŞ-da benzinin qiymətinin artmasından narazıdırbackend

ABŞ prezidenti Cozef Bayden ölkədə benzinin qiymətlərinin aşağı neft qiymətlərinə kifayət qədər reaksiya verməməsindən narazılığını bildirib.

Bu barədə “Yeni Gündəm” “TASS”a istinadən xəbər verir.
Onun sözlərinə görə, neftin qiyməti Rusiyanın Ukraynada hərbi əməliyyata başladıqdan sonra artıb, bununla əlaqədar Amerika şirkətləri yanacaqdoldurma məntəqələrində də benzinin qiymətini sürətlə artırıb.
“Ancaq indi neftin qiyməti aşağı düşdükdən sonra amerikalılar qiymətin aşağı düşdüyünü görmədilər. Mən aşağı qiymətlərin mənfəəti artırmaq yox, istehlakçılara fayda verməsini istəyirəm”.