Bayden Böyük Britaniyanın Baş naziri Sunakı qəbul edibbackend

ABŞ prezidenti Co Bayden Ağ Evdə Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, O Sunakı qəbul etməkdən məmnun olduğunu bildirib və iki ölkə arasında tarixi əlaqələrə işarə edib.

Rusiyaya qarşı mübarizədə Ukraynaya verdikləri maliyyə, hərbi və humanitar dəstəkdən danışan Bayden, ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanan AUKUS müqaviləsi ilə Hind okeanını “daha təhlükəsiz” etmək məsələlərinə toxunub.

Bayden bildirib ki, NATO müttəfiqləri olaraq ümumi müdafiəni təmin etmək üçün birlikdə çalışmağa davam edəcəyik. ABŞ prezidenti süni intellekt sahəsindəki inkişaflardan da danışıb: “Əminəm ki, iki ölkə arasında dostluq dəyişməyəcək”

Sunak həmçinin Baydenə Ağ Evdə onu qəbul etdiyinə görə təşəkkür edib.

“Yarım əsrdən artıq müddətdə ilk dəfədir ki, Avropa qitəsində müharibə ilə üz-üzəyik”. Sunak əvvəlki kimi ABŞ və İngiltərənin müharibədə qalib gəlməsi üçün Ukraynaya verilən dəstəyə diqqət çəkib.

Sunak həmçinin, Baydenin iqtisadiyyatlarının böyük bir transformasiyadan keçdiyi ilə bağlı fikirləri ilə razılaşdığını ifadə edərək, yeni texnologiyaların təqdim etdiyi imkanlara və çətinliklərə işarə edib.

Böyük Britaniyanın baş naziri iki ölkə arasında dostluq və tərəfdaşlığın möhkəmliyinin dəyişməyəcəyinə əmin olduğunu bildirib.

Səfərin əsas gündəm mövzusunun iqtisadiyyat olduğunu deyən Sunak İngiltərəyə investisiya cəlb etmək məqsədi ilə  ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb.

Liderlər görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

Mənbə: TRThaber

Aynur Camal