Bayden-Ərdoğan görüşünün yeri və tarixi açıqlandıbackend

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də Brüsseldə görüşəcək.

“Yeni Gündəm”-iın xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, görüş NATO-ya üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində baş tutacaq.

Görüş zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.