Bayden Ledi Qaqaya vəzifə verdibackend

Amerikalı məşhur müğənni və aktrisa Ledi Qaqa Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edilib.

Bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, müğənni bu vəzifəyə layiqli namizəddir, çünki onun 13 Qremmi mükafatı var.

Qeyd edək ki, L. Qaqa Baydenin seçki kampaniyası tədbirlərində fəal iştirak edib. 2021-ci ildə o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib. (Qafqazinfo)