Bayden Oval Ofisdəki dəyişikliklərlə siyasi mesajlar verdibackend

Co Bayden ABŞ-ın 46-cı Prezidenti kimi and içdikdən bir neçə saat sonra ofisində vəzifəsinə başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, Baydenin Oval Ofisdəki mesajlarla dolu dəyişiklikləri diqqətdən yayınmayıb. Donald Tramp dövründə divardan asılan Endrü Ceksonun portreti Benjamin Franklinlə əvəzlənib.

Amerika İstiqlal müharibəsində mühüm rol oynayan və Hindistana sürgün qanununun başlanğıcı ilə tanınan Cekson yerinə ixtiraları və elmi araşdırmaları ilə tanınan keçmiş Prezident Franklinin seçilməsi hər kəs tərəfindən bir mesaj olaraq şərh edilib.

“Washington Post” qəzetinin yazdığına görə, bu seçim Baydenin elmə olan marağını göstərmək üçün edilib.

Sui-qəsd nəticəsində ölən qaradərili lider Martin Lüter Kinqin, zəncilərə qarşı ayrıseçkiliyə görə hərəkata başlayan Rosa Parksın və köləliyi ləğv edən ABŞ-ın ən önəmli Prezidentləri arasında sayılan Abraham Linkolnun büstləri Oval Ofisdə yerini alıb.

Latın Amerikalı fəal Sezar Çavezin büstünün Baydenin masasının arxa fonuna qoyulması və Konqresə seçilən ilk asiya-amerikalı senator Daniel Inouyenin heykəli təəccüblü dəyişikliklərdən olub.

Pərdələr və divar kağızları kimi dəyişikliklərə əlavə olaraq, Trampın dövründəki xalçanın əvəzinə Klinton dövründən qalma köhnə tünd mavi xalıya üstünlük verilib.

Oval Ofisdə əvvəlki kimi qalan yeganə şey palıd ağacından hazırlanmış tarixi masa olub.