Co Bayden Rusiyanı həbsdə olan amerikalı jurnalisti azad etməyə çağırıb.ABŞ prezidenti Co Bayden Rusiyanı həbs edilmiş Wall Street Journal müxbirini azad etməyə çağırıb.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, CNN-in Wall Street Journal müxbiri Evan Gershkoviçin saxlanması ilə bağlı Rusiyaya mesajı nədir sualına Co Bayden “Onu buraxın” deyib.
Xatırladaq ki, dünən Wall Street Journal-ın jurnalisti Evan Qerşkoviçin Rusiyada casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Bununla bağlı ABŞ Dövlət Departamenti narahatlığını bildirib və ABŞ vətəndaşlarını dərhal Rusiya ərazisini tərk etməyə çağırıb.
Fərahim Rəhimov