Baydendən jurnalistə görə Rusiyaya çağırışbackend

Co Bayden Rusiyanı həbsdə olan amerikalı jurnalisti azad etməyə çağırıb.ABŞ prezidenti Co Bayden Rusiyanı həbs edilmiş Wall Street Journal müxbirini azad etməyə çağırıb.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, CNN-in Wall Street Journal müxbiri Evan Gershkoviçin saxlanması ilə bağlı Rusiyaya mesajı nədir sualına Co Bayden “Onu buraxın” deyib.

Xatırladaq ki, dünən Wall Street Journal-ın jurnalisti Evan Qerşkoviçin Rusiyada casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Bununla bağlı ABŞ Dövlət Departamenti narahatlığını bildirib və ABŞ vətəndaşlarını dərhal Rusiya ərazisini tərk etməyə çağırıb.

Fərahim Rəhimov