Baydenə Şərqi Avropaya 50 minə qədər ABŞ hərbçisi göndərməyi təklif edildibackend
ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı fonunda Baltikyanı ölkələrə və Şərqi Avropaya bir neçə min ABŞ əsgəri, o cümlədən gəmi və təyyarələr yerləşdirməyi nəzərdən keçirir.
Artıq ABŞ Müdafiə Nazirliyinin nümayəndələri C.Baydenə qoşunların Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi üçün bir neçə variant təqdim ediblər.

Qeyd olunur ki, Şərqi Avropa ölkələrinə beş minə qədər hərbçinin göndərilməsi nəzərdə tutulur, lakin lazım gələrsə, bu rəqəm 10 dəfəyə qədər artırıla bilər.

Co Baydenin gələn həftəyə qədər sözügedən hərbi kontingentin göndərilməsi ilə bağlı qərar verəcəyi gözlənilir.