Baydenin andiçmə mərasimini 15 minədək hərbçi qoruyacaqbackend

ABŞ Milli Qvardiyası, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin 20 yanvarda keçiriləcək andiçmə mərasimi zamanı 15.000-ə qədər hərbçisini yerləşdirmək üçün icazə alıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə, “Washington Post” qəzeti ABŞ Milli Qvardiya Bürosunun başçısı general Daniel Hokansona istinadən məlumat yayıb.

O dəqiqləşdirib ki, hazırda Amerika paytaxtında, təxminən, 6 min Milli qvardiyaçı yerləşdirilib, istirahət günlərində onların sayı 10 minə qədər artacaq.

Hokanson qeyd edib ki, Milli qvardiyaçıların son sayı federal hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq müəyyən ediləcək.

Qəzetin məlumatına görə, mərasimin təhlükəsizliyinin təminində iştirak edən hərbçilərin sayının artırılması barədə qərar yanvarın 6-da Vaşinqtonda baş vermiş məlum iğtişaşlar fonunda qəbul edilib.