Bayram bəhanəsi,Türkiyənin vasitəsi – Atəşkəsin ömrü uzanacaqmı?backend

Xəbər verdiyimiz kimi,Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb. Atəşkəs birtərəfli qaydada elan edilib. Ukrayna tərəfi isə Rusiyanın atəşkəslə bağlı təklifini qəbul etməyib.Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqinə başlayıb.Məlumatda bildirilib ki,Rusiya tərəfi atəşkəs rejiminə əməl etsə də, Ukrayna ordusu Rusiya qüvvələrinə atəş açmağa davam edir.Rusiyanın bu addımına Qərbdə reaksiya verib.Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın bu addımını qeyri-qanuni adlandırıb.

Mövzunu siyasi şərhçilərlə müzakirə etdik.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yeni Gundem”açıqlamasında, atəşkəsin sadəcə bayramla bağlı olmadığını vurğuladı.

“Rusiya -Ukrayna müharibəsi gedişində zaman-zaman atəşkəsin bərpa edilməsi ilə bağlı təşəbbüslər olub.Qərbin bütün istiqamətlərində dəstəyini görən ,bundan yararlanan Ukrayna atəşkəs rejiminin bərpa edilməsi ,o cümlədən sülh və danışıqlar prosesinə keçmək üçün öz şərtlərini ortaya qoyur.Şərtidə birmənalı şəkildə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisindən çıxarılması ilə bağlıdır.Rusiya tərəfi buna belə cavab verir ki,əgər ilkin şərtlər olacaqsa ,sülhdən danışmaq olmaz.Rusiya-Ukrayna müharibəsinin başlandığı gündən bu günə kimə sülh danışıqları ilə bağlı ən uğurlu addım Türkiyə tərəfindən və onun vasitəsiçiliyi ilə atılıb.Ondan sonra baş verənlərlər danışıqların mümkünlüyünü dahada qəlizləşdirdi.Kremlin heç kim tərəfindən tanınmayan referendumlar keçirməsi ,həmin referendumlar nəticəsində özünü müstəqil elan etmiş 4 vilayətin özünə birləşdirməsi vəziyyəti kritik həddə çatdırdı.

Moskvanun ümidi soyuq qış aylarına idi.Qış aylarında Ukraynadan daha güclü döyüş aparacağına güvənirdi.Digər tərəfdən Ukraynaya hərtərəfli yardım göstərən ,Qərb ölkələrinə enerji resursları ilə təzyiq göstərmək imkanlarıma güvənirdi.İndiki məqamda Qərb ölkələri yerlərində durmurlar.Ukraynaya növbəti mərhələdə daha ciddi silahların verilməsinə başlayıblar.Bunlar Rusiyanı ciddi şəkildə narahat edir.Buna görədə ,Rusiya atəşkəs rejimini bərpa etməklə bağlı məlumatları gündəmə gətirməyə çalışacaq.Hazırda atəşin bərpa olunmasına inanmıram.Hər iki tərəf elə mərhələdədir ki,atəşkəsə riayət etmək halında deyillər.Bunun sadəcə bayramın keçirilməsi ilə bağlı olduğunu deməzdim.Çünki bayramın keçirilməsi onsuzda mümkündür.Bayramı keçirənlər döyüş meydanında deyillər.”

Politoloq İlqar Vəlizadə “Yeni Gundem”bildirdi ki,Rusiya bu qərarı Türkiyənin vasitəsi ilə verə bilər.

“Məqsəd bir tərəfdən Qərbə danışıqların hazır olmasını göstərməkdir.Göstərmək istəyir ki,Rusiya danışıqlara hər an hazırdır.Digər tərəfindən Ukrayna və Qərbin reaksiyası ondan ibarətdir ki,Rusiyanın şərtləri ilə danışıqlar aparmağın heç bir mənası yoxdur.Müxtəlif versiyalar var.Onlardan biri bundan ibarətdir ki,əgər Rusiya Ukraynanın müəyyən şərtlərini qəbul etsə ,atəşkəs daha davamlı ola bilər.Rusiya bu təklifi çox güman ki, Türkiyə vasitəsilə verə bilər .Hər halda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Putin arasındaki , telefon danışığı ondan xəbər verir ki, Türkiyə maraqlıdır ki, atəşkəs davamlı xarakter daşısın.Yəqin ki,bunla bağlı tərəflər fikir mübadiləsi aparırdılar.Hadisələrin gedişatındanda çox şey aslıdır.Düşünürəm ki,yaxın gələcəkdə atəşkəsin effektivni görə bilərik.”

Fərahim Rəhimov