Bayram günü sərxoş vəziyyətdə ölümə səbəb oldubackend

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

“Yeni Gündəm”-in verdiyi xəbərə görə, hadisə martın 21-də saat 17 radələrində qeydə alınıb.

Sabunçu rayonu, Ramana qəsəbəsində naməlum avtomobil Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü İ. Abdullayevi vurub və hadisə yerindən qaçıb. Piyada isə aldığı xəsarətdən hadisə yerində vəfat edib.

Sabunçu RPİ tərəfindən qəzanı törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü S.Ömərov sərxoş vəziyyətdə idarə etdiyi “KamAZ” markalı avtomobillə birgə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.