Bayram Nurlu evlənməyə hazırlaşırbackend

Fərqli obrazları ilə tez-tez müzakirə edilən sosial şəbəkə fenomeni Bayram Nurlu imicində dəyişiklik edib. Saçlarındakı qaynaqlardan azad olan Bayram makiyajla birdəfəlik vidalaşıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Shownews”a danışan Bayram bunun bir neçə səbəbinin olduğunu vurğulayıb:

“Bilirsiz ki, sosial yönümlü bir layihə üzərində çalışıram. Bu verilişdə bir çox xəstələrə öz büdcəmdən yardımlar edəcəyəm. Hazır proqram üzərində böyük komanda çalışır. Bu haqda çox danışmaq istəmirəm. Tam dolğun məlumat veriləcək. Bu verilişə mən “Babi” obrazında qatıla bilmərəm. Bu, layihənin formatına da uyğun deyil”.

O, evlənməyə hazırlaşdığını açıqlayıb:

“Əsas səbəb isə ailə qurmağa hazırlaşmağımla əlaqədardır. Artıq gözaltı etdiyim qız da var. Bu ilin sonuna kimi nişanlanmağı düşünürəm. Artıq anama, bacılarıma da demişəm. Maddi cəhətdən imkanlı olmayan, amma çox tərbiyəli bir ailənin qızını bəyənmişəm.

Anama, bibilərimə necəyəmsə, arvadımın ailəsinə də elə olacağam. Onları öz ailəmdən fərqləndirməyəcəyəm. Mən ailədə çox adamın olmağını sevirəm. Məndən olsa, onları da öz evimizə gətirərəm”.